ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bundan əvvəl Gülnarə Kərimova həmin səhifədə Daşkənddə saxlanması ilə bağlı xəbəri təkzib etmişdi.
Gülnarə Kərimova əvvəllər Özbəkistan Daxili İşlər Nazirliyində işləyib. O, ölkənin İspaniyada səfiri, xarici işlər nazirinin müşaviri, Moskvada Özbəkistan səfirliyinin müşaviri və öz ölkəsinin BMT-də daimi nümayəndəsi kimi çalışıb. Özbəkistan prezidentinin qızı həmçinin dizayner və müğənni kimi də məşhurluq qazanıb. Gülnarə Kərimova paltarlarından ibarət kolleksiya və ingilis dilində albom buraxıb.