Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycanın tarixi qələbəsi avtoyürüşlə qeyd olunub.

Azərbaycan bayrağı ilə bəzədilmiş avtomobillər ölkənin Gürcüstandakı səfirliyinin binası qarşısından hərəkətə başlayıblar.

Tbilisinin Azadlıq meydanı, mərkəzi küçə və prospektləri ilə şütüyən yürüş iştirakçıları “Yaşasın Azərbaycan!”, “Yaşasın Azərbaycan-Türkiyə- Gürcüstan qardaşlığı!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!” şüarlarını səsləndiriblər/Report.