Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.
Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 93 mülki şəxs qətlə yetirilib, 407 nəfər isə yaralanıb: "Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 504, çoxmənzilli yaşayış binalarının sayı 120, yaşayış evlərinin sayı isə 3 326-dır".