"Rusiya münaqişənin tənzimlənməsi üçün mümkün səyləri həyata keçirir".

Mia.az Ria Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik vasitələrlə tənzimlənməsi üçün mümkün olan bütün səyləri həyata keçirir.

Peskov Türkiyə ilə Rusiyanın Qarabağ münaqişəsi ilə bağlı birgə İşçi Qrupun yaradılması məsələsinə də toxunub: "Şənbə günü Putinlə Ərdoğan arasında danışıq olub. Reallıq budur ki, onlar Qarabağ məsələsini müzakirə ediblər".

Mia.az