Rüstəm İbrahimbəyov Tiflisdə İsa Qəmbərlə görüşməməsinin səbəblərini açıqlayıb. İbrahimbəyov APA-ya açıqlamasında ona görüşlə bağlı zəng vurulmadığını qeyd edib:

"Dünən saat 17:00-da Tiflisdən Moskvaya qayıtmışam. Həmin vaxta qədər Müsavat Partiyasının başqanı İsa Qəmbər və partiyanın rəhbərliyindəki digər şəxslərdən mənə zəng edən olmadı, Tiflisdə görüşümüz keçirilmədi. Şəxsən mən belə görüşün keçirilməsinə zərurət görmədim, Müsavat Partiyasının bu məsələ ilə bağlı mövqeyini, səbəbləri isə bilmirəm”.