"Torpaqların əkilib-becərilməsində problemlər yoxdur. Sadəcə olaraq müəyyən qədər texnika çatışmazlığı var ki, bunun həlli istiqamətində işlər aparılır”.
Mia.az xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov Publika.Az –a eksklüziv açıqlamasında deyib.
Nazir bildirib ki, texnika probleminin həlli üçün artıq gündə ən azı 6-8 traktor verilir: "Bununla bağlı təlabatı yaxın zamanlarda ödəyəcəyik. Taxıl biçimi üçün kombayna olan tələbatı ödəmək üçün cənab Prezident Ehtiyat Fonundan 15,5 milyon manat vəsait ayırıb. Bundan başqa, Yaponiyanın qrantı hesabına 25 kombayn da almağı planlaşdırırıq. Yaxın zamanlarda başqa tədbirlərimiz olacaq. Problemlərin həlli üçün digər maliyyə mexanizmlərini də tətbiq edəcəyik”.
"Hesab edirəm ki, yanaşma da bir qədər dəyişməlidir. Dövlət hər adamın məhsulunu gedib qapıdan almır. Məhsulu istehsal edən onun bazarını da bilməlidir. Dövlət də öz tərəfindən stimullaşdırıcı tədbirlər görür”-deyə nazir diqqətə çatdırıb.