Türkiyədə oğlan və qızların birgə təhsil almalarının qadağan ediləcəyi gözlənilir.
Trend-in xəbərinə görə, cümə axşamı "CNN Turk" telekanalında bunu Türkiyə parlamenti sədrinin müavini Sadik Yakut bəyan edib.
O qeyd edib ki, ölkədə oğlan və qızların ayrıca gimnaziyalarını yaratmaq lazımdır.
Bir müddət əvvəl Baş nazir Rəcəb Tayyib Ərdoğan hakim partiyanın iclasında oğlan və qızların tələbə yataqxanalarının ayrı olacağını bəyan etmişdi.