Cəmil Həsənli "Amerikanın səsi”nə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Asiya bürosu rəhbərinin müavini Peyc Aleksanderin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdüyünü bildirib. Qurumun demokratiya və idarəçilik üzrə rəhbəri Aleksander Sokolovskinin də iştirak etdiyi görüşdə Azərbaycanda demokratiyanın vəziyyəti və perspektivləri, siyasi məhbuslar, seçkidən sonra yaranmış vəziyyət və Milli Şura müzakirə mövzusu olub. Görüşdə USAID-in Azərbaycanda fəaliyyəti və ölkədə mətbuatın durumu kimi məsələlərə də toxunulub.
Həmin gün prezidentliyə keçmiş namizəd Boston, Nyu-York və başqa şəhərlərindən gələn tələbələr və icma nümayəndələri ilə görüşüb və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (1994-1997-ci illər) Riçard Kozlariçlə bir araya gəlib.
Cəmil Həsənlinin səfəri noyabrın 23-də başa çatacaq.