“Türkiyə olaraq biz Azərbaycanın bu haqlı davasında əvvəldən bəri yanındayıq. Heydər Əliyevin “İki dövlət – bir millət” anlayışını o gündən davam etdiririk”.

Mia.az xəbər verir ki, bunu Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım Prezident İlham Əliyevin qəbulunda söyləyib.

O bildirib ki, Qarabağ məsələsində Azərbaycan tam haqlıdır: "Siz yerdən göyədək haqlısınız. Qarabağ sadəcə işğalçılardan təmizlənir”.