"Azərbaycan humanist prinsiplərlə birtərəfli qaydada erməni əsgərlərin meyitlərinin Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Ermənistana verməyə hazırdır".
Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.
Prezidentin köməkçisi bildirib ki, oktyabrın 18-də bəyan edilməsinə baxmayaraq, Ermənistan tərəfi cavab vermir: "Meyitləri götürməkdən imtina real vəziyyəti gizlətmək məqsədi daşıyır".