Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.
Mia.az Report-a istinadla xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib.
Onun sözlərinə görə, hazırda Zöhrab Mnatsakanyan Rusiyanın paytaxtı Moskva şəhərindədir.
Qeyd edək ki, Zöhrab Mnatsakanyan ABŞ dövlət katibi Maykl Pompeo ilə görüşmək üçün oktyabrın 23-də Vaşinqtonda olacaq.
Mia.az onu da xəbər verir ki, oktyabrın 23-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun da Vaşinqtonda ABŞ-ın dövlət katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi nəzərədə tutulur.
Bu barədə dünən Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Mia.az