Noyabr ayının 16-da Respublikamızın ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, temperatur ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı düşəcək.

Bakıda və Abşeron yarımadasında, buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə 8-11, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə arabir yağış yağacağı, səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 11-16, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.