XİN-dən Mnatsakanyanın Rusiyadakı açıqlamalarına - Reaksiya
13-10-2020 [15:48]
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti Departamenti Ermənistan xarici işlər nazirinin Moskvadakı brifinq zamanı verdiyi açıqlamasını şərh edib.
XİN-dən Mia.az-a verilən məlumata görə, Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyanın Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində verdiyi açıqlamada ənənəvi olaraq bir sıra həqiqətə uyğun olmayan məqamlar əksini tapıb:
"Bu məqamlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti yanlış təqdim etmək və beləliklə beynəlxalq ictimaiyyəti yayındırmaq məqsədini güdür.
Bununla əlaqədar olaraq, Azərbaycan XİN-i xatırladır ki, Ermənistanın hazırkı siyasi-hərbi rəhbərliyi son 2 ildə münaqişə ətrafında vəziyyəti gərginləşdirmək üçün məqsədyönlü şəkildə addımlar atır. Bu addımlar danışıqlar prosesinə ciddi xələl gətirən və onu çıxılmaz vəziyyətə salan təxribat xarakterli bəyanatlar və digər tədbirlərdən ibarətdir. Bunlar arasında Ermənistanın Azərbaycana qarşı təcavüzünün qanunsuz nəticələrini və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin davamlı hərbi işğalını möhkəmləndirmək üçün çoxsaylı praktik addımlar yer alır. Bunun ən bariz nümunələri “Qarabağ Ermənistandır, nöqtə” ifadəsi, “yeni ərazilər üçün yeni müharibə” hərbi konsepsiyası, 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hərbi təxribat, işğal olunmuş ərazilərdə Livan ermənilərinin məskunlaşdırılması fəaliyyətidir.
Ermənistanın silahlı qüvvələri tərəfindən sentyabrın 27-də Azərbaycana qarşı başlanılan hücum gərginliyin artırılması üçün həyata keçirilən dağıdıcı siyasətin növbəti addımıdır. Suveren bir dövlət olaraq, Azərbaycan Respublikası, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququ çərçivəsində müvafiq addımlar atıb. Nəticədə bir sıra Azərbaycan əraziləri Ermənistanın işğalından azad edilib. Təəssüf ki, erməni tərəfi ənənəvi olaraq terror taktikasına əl ataraq münaqişə zonasından uzaq məsafədə yerləşən məntəqələr və insanlar də daxil olmaqla, Azərbaycanın dinc əhalisini və mülki infrastrukturunu intensiv atəşə tutur. 27 sentyabrdan etibarən, Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində 42 azərbaycanlı mülki şəxs öldü və 206 nəfər yaralandı, 1479 evlər, 66 coxmənzilli yaşayış binaları və 241 infrastruktur obyektləri dağıdıldı.
Xoşməramlı niyyətini nümayiş etdirən Azərbaycan tərəfi Rusiya Federasiyasının müraciətlərinə müsbət reaksiya göstərdi, 3 nazirin Moskva görüşünə qatıldı və orada konstruktiv şəkildə danışıqlar apardı. Azərbaycan tərəfi iclasda razılaşdırılmış humanitar atəşkəsə sadiqliyini elan etdi və silahlı qüvvələrinə müvafiq təlimat verdi.
Lakin Ermənistan tərəfi çox fərqli bir yol seçdi. Onun silahlı qüvvələri Azərbaycanın Tərtər rayonu, Suqovuşan ərazisi yaxınlığında erməni hərbçilərinin cəsədlərini toplayan Azərbaycan həkim qrupuna minaatandan atəş açdı. Nəticədə bir Azərbaycan tibbi personalı ağır yaralandı. Bundan əlavə, 11 sentyabr tarixində gecə saat 2-də Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə ballistik raket atdı. Raket çoxmərtəbəli yaşayış binasını yerlə yeksan etdi. 10 mülki şəxs həyatını itirdi və uşaqlar da daxil olmaqla çox sayda xəsarət alanlar oldu.
Ermənistanın Moskva görüşündən sonrakı diplomatik hərəkətləri də göz qarşısındadır. Moskva görüşünün yekun bəyanatı mövcud danışıqlar formatına sadiqliyi bir daha təsdiqləyir və təməl prinsiplər əsasında mahiyyət üzrə danışıqların başlanılmasını ehtiva edir. Azərbaycan tərəfi ən qısa zamanda danışıqlara başlamağa hazır olduğunu bəyan etdi. Ermənistan tərəfi, öz növbəsində dərhal Moskva görüşünün bəyanatının birtərəfli və qeyri-dəqiq təfsir edən, öz müqəddəratını təyinetmə və Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qanunsuz rejimin tanınması şüarlarını əks etdirən bəyanatlar verməyə başladı.
Azərbaycan tərəfi beynəlxalq hüququn norma və prinsiplərinin, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, ATƏT qərarlarının, eləcə də Moskva görüşü bəyanatının müddəalarını pozduğu üçün bu cür yanaşmanı tamamilə qeyri-konstruktiv hesab edir".
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr
İstefaya göndərilən Amerikalı general Trampa “ilişdi”: “Ordunun başında xarakerli lider olmalıdır”
İran PA Trampın tələbini lağa qoydu: “Təzminat ödə, sonra…”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə derbisi: "Fənərbağça" son dəqiqədə "Beşiktaş"ı devirdi
"Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki..." - Rəsmi Bakıdan Kreml sözçüsünə etiraz
Sabah gücü külək olacaq - Xəbərdarlıq
Silinməmş vəsaitlər... - "Bakıkart" NFC funksiyası olan bank kartlarından istifadə edən şəxslərə müraciət edib
Sulutəpə - Hökməli yolunda subasma: tədbir görüldü - VİDEOLAR
Badamdar yamacında sürüşmə: nəqliyyatın hərəkəti dayandırılıb - Kəmaləddin Heydərov əraziyə gəlib (VİDEO)
Bu gün 49 mindən çox şagird buraxılış imtahanı verdi - 4 nəfər zaldan qovuldu (YENİLƏNİB)
Sabah yağış yağacaq
Şəmkirdə 16 yaşlı uşaq dəhşət saçdı - 19 yaşlı gənc öldürüldü
Keşlədə bəzi əraziləri su basıb - VİDEO
Xocalı soyqırımının təşəbbüskarlarından biri öldü
Məmur olmaq istəyənlər üçün imtahan keçirilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi