Deputat Eldar Quliyev Ağsaqqallar Şurasının sədri seçildi
29-09-2020 [12:27]
Bu gün Azərbaycan Respublikası Ağsaqqallar Şurasının videokonfrans formatında 8-ci növbədənkənar qurultayı keçirilib.
Mia.az-ın məlumatına görə, qurultayda çıxış edən Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri müavini Əhliman Əmiraslanov bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşının qəlbi, ruhu ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşən hərbçilərimizin yanındadır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz əks-hücuma keçib, bir neçə kənd işğaldan azad edilib, strateji yüksəkliklərə nəzarət təmin olunub: “Hesablamalara görə, Ermənistanın itkilərinin sayı 600-ü keçib. Təəssüf ki, Azərbaycanın hərbçiləri və mülki əhali arasında şəhidlər var. Əminəm ki, torpaqlarımız işğaldan azad ediləcək”.
Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Ə. Əmiraslanov qeyd edib ki, Ağsaqqallar Şurasına uzun illər uğurla rəhbərlik etmiş Fəttah Heydərov vəfat edib: “Ölkəmizdə elə bir ictimai-siyasi hadisə olmayıb ki, Ağsaqqallar Şurası münasibət bildirməsin. Ağsaqqallar Şurası hər zaman Prezident İlham Əliyevin daxili, xarici siyasətini dəstəkləyib. Ağsaqqallar Şurasının uğurlu fəaliyyətində Fəttah Heydərovun böyük rolu olub”.
Ə. Əmiraslanov Ağsaqqallar Şurasının hər zaman Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevanın qayğısını hiss etdiyini vurğulayıb.
Qurultay üzvləri Fəttah Heydərov və ötən dövr ərzində vəfat edən Ağsaqqallar Şurasının üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qurultayın gündəliyinə Ağsaqqallar Şurasının Nizamnaməsinin yeni redaksiyada qəbulu, Ağsaqqallar Şurasının sədrinin seçilməsi və digər məsələlər daxil edilib.
Ə. Əmiraslanov nəzərə çatdırıb ki, qurultayda müzakirəyə təqdim edilən Nizamnamənin yeni redaksiyası 8 fəsildən ibarətdir. Sənəddə dövrün tələbləri əsasında təşkilatın strukturu, qurumun üzvlərinin hüquq və vəzifələri əksini tapıb. Nizamnamə səsverməyə çıxarılaraq qəbul edilib.
Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev qurultay iştirakçılarına Ali Baş Komandan, Prezident İlham Əliyevin təbriklərini çatdırıb. Qurultayda millət vəkili Eldar Quliyevin Ağsaqqallar Şurasının sədrliyinə namizədliyi irəli sürülüb.
Ə. Vəliyev qeyd edib ki, Azərbaycanda ağsaqqallar hər zaman cəmiyyətdə hörmət sahibi olublar. Prezident Administrasiyasının şöbə müdiri Ağsaqqallar Şurasının sədrliyə namizədliyi irəli sürülən Eldar Quliyevə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə şəhidlərimizə rəhmət diləyib: “Ən böyük ağsaqqal Heydər Əliyev idi. Allah ona rəhmət etsin”.
QMİ sədri qeyd edib ki, Ağsaqqallar Şurasının öncəki sədri k Fəttah Heydərov və onun ailəsi ilə yaxın dost olub: “Fəttah Heydərovun Ağsaqqallar Şurasının uğurlu fəaliyyətində böyük rolu olub, hər zaman Heydər Əliyevin, Prezident İlham Əliyevin fəaliyyətini, daxili və xarici siyasətini dəstəkləyib. Allah ona rəhmət etsin. Mən inanıram ki, Eldar Quliyevin Ağsaqqallar Şurasına sədrliyi də xalqımız üçün xeyirli olsun”.
Daha sonra qurultayda Eldar Quliyev Ağsaqqallar Şurasının sədri seçilib.
E. Quliyev göstərilən etimada görə təşəkkürünü bildirib.
Onun sözlərinə görə, sentyabrın 27-də Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün hər bir Azərbaycan vətəndaşının gözlədiyi əmri verib: “İyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində təxribata əl atdı. Bu yaxınlarda isə Azərbaycana göndərilən diversiya qrupunun rəhbəri ələ keçirildi. Sentyabrın 27-də isə Ermənistan növbəti təxribata əl atdı. Prezident İlham Əliyev Ermənistanın yeni müharibəyə hazırlaşıdığını bu günlərdə BMT Baş Assambleyasında çıxışında da bəyan etmişdi. Ermənistanın sentbyabrın 27-də törətdiyi təxribata cavab olaraq Ali Baş Komandan bütün cəbhə boyu Azərbaycan Ordusuna əks-hücum əmri verib. Əminəm ki, yaxın günlərdə torpaqlarımız işğaldan azad ediləcək. Qarabağ, zəfər bizimdir!”.
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr
İstefaya göndərilən Amerikalı general Trampa “ilişdi”: “Ordunun başında xarakerli lider olmalıdır”
İran PA Trampın tələbini lağa qoydu: “Təzminat ödə, sonra…”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə derbisi: "Fənərbağça" son dəqiqədə "Beşiktaş"ı devirdi
"Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki..." - Rəsmi Bakıdan Kreml sözçüsünə etiraz
Sabah gücü külək olacaq - Xəbərdarlıq
Silinməmş vəsaitlər... - "Bakıkart" NFC funksiyası olan bank kartlarından istifadə edən şəxslərə müraciət edib
Sulutəpə - Hökməli yolunda subasma: tədbir görüldü - VİDEOLAR
Badamdar yamacında sürüşmə: nəqliyyatın hərəkəti dayandırılıb - Kəmaləddin Heydərov əraziyə gəlib (VİDEO)
Bu gün 49 mindən çox şagird buraxılış imtahanı verdi - 4 nəfər zaldan qovuldu (YENİLƏNİB)
Sabah yağış yağacaq
Şəmkirdə 16 yaşlı uşaq dəhşət saçdı - 19 yaşlı gənc öldürüldü
Keşlədə bəzi əraziləri su basıb - VİDEO
Xocalı soyqırımının təşəbbüskarlarından biri öldü
Məmur olmaq istəyənlər üçün imtahan keçirilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi