Hakimləri döyən məşqçiyə ağır cəza - Azərbaycanda

img

06-02-2019 [13:59]


Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

Mia.az  AFFA-ya istinadən xəbər verir ki, qurum aşağı liqalarda baş verən neqativ halları dəyərləndirib.

Ən ağır cəza U-15 Liqası ilə bağlı olub. Belə ki, "Xilə” – "Keşlə” görüşü başa çatdıqdan sonra birincilərin məşqçisi Əsəd Kərimov hakimlər briqadasının otağına daxil olaraq, onları təhqir edib və bu azmış kimi, fiziki təzyiq göstərib. Buna görə, İK adıçəkilən məşqçini 12 ay müddətinə diskvalifikasiya edib.

Region Liqasının "Araz” (Saatlı) – "Füzuli” qarşılaşmasının fasiləsində ikincilərin inzibatçısı Ramil Məmmədov hakimi təhqir etdiyinə görə 5 oyunluq cəzalandırılıb.

Futzal üzrə Azərbaycan birinciliyinin İkinci Liqası çərçivəsində "Star Karqo” – "Xəzər Astara” matçının 30-cu dəqiqəsində isə "Xəzər Astara”nın oyunçusu Əfsər Hümbətov öz komanda yoldaşını təhqir edib. Həmin görüşdə meydandan kənarlaşdırılan Hümbətova 3 oyunluq cəza kəsilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA