Arif Rəhimov tanınmış müğənnilərdən biri ilə danışıq aparır

img

05-02-2019 [12:16]


"Müqavilə müddətinin 5 il yox, 3 il uzadılması "Formula 1" Şirkətlər Qrupunun yeni siyasətidir".

"Report"un məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin icraçı direktoru Arif Rəhimov "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları - 2019" adlı konfransda deyib.

O bildirib ki, yeni müqavilə 2023-cü ilə qədər olsa da, uzunmüddətli layihəyə ümid edirlər: "Formula 1"i indiki məqamda Bakıdan ölkənin başqa bir şəhərinə köçürülməsi mümkün deyil. BŞH tərəfindən regionlarda "Formula" simulyator yarışları keçirilib".

A.Rəhimovun sözlərinə görə, "Formula 1" üzrə 2019-cu il Azərbaycan Qran Prisində də bir sıra tanınmış sənətçilər konsert proqramı ilə çıxış edəcəklər: "Hazırda müğənnilərin biri ilə danışıqlar sonuncu mərhələdədir".

Qeyd edək ki, əvvəlki illərdə Tarkan, Kristina Agilera kimi tanınmış müğənnilər Bakıda konsert proqramı ilə çıxış ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA