Azərbaycan “Formula-1”ə 60 milyon dollar xərcləyəcək? - Açıqlama

img

31-01-2019 [23:20]


Rusiyanın "Kommersant” qəzeti maraqlı iddia ilə çıxış edib. Nəşr bu ilin aprelində keçiriləcək "Formula-1” yarışının Azərbaycana 60 milyon dollara başa gələcəyini iddia edib.

Bakıdakı "Formula-1” yarışını təşkil edən "Baku City Circuit” qəzetdə dərc olunmuş yazı ilə bağlı bəyanat yayıb.

Bəyanatda yayılan xəbərin əsassız olduğu bildirilib: "Rusiya KİV-ində dərc olunan məlumat qeyri-rəsmidir və heç bir əsası yoxdur. Müqavilənin şərtləri tamamilə məxfidir və heç bir şəkildə rəsmən açıqlana bilməz.

Onu da bildiririk ki, müqavilə üzrə "Formula-1”in rəhbərliyi ilə aramızda heç bir uyğunsuzluq olmayıb və Azərbaycan Qran Prisinin keçirilməsi ilə bağlı bütün məsələlər konstruktiv dialoq yolu ilə həll olunur”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA