"Azərbaycanda işləməyi istisna etmirəm" - Stanimir Stoilov

img

25-01-2019 [16:36]


"Gələcəyim futbolla bağlıdır. Ancaq yeni komanda seçməkdə tələsmirəm. Bir klubun mənə təklif etməsini və razılaşmağımızı gözləyirəm".

Bu sözləri Qazaxıstan yığmasından ayrılan Stanimir Stoilov deyib.

Adı millimizlə hallanan bolqarıstanlı mütəxəssis ölkəsinin "sportal.bg" saytına müsahibəsində bildirib ki, Azərbaycanda işləməsi də mümkündür: "Bu mərhələdə Azərbaycan da daxil olmaqla, hər hansısa ölkədə işləməyi istisna etmirəm. Ancaq dediyim kimi, tələsmirəm. Komanda olmadığı müddətdə təlim keçəcəm. Gələcəkdə faydalı olmaq üçün daha çox məlumat toplamalıyam. Qərbi Avropaya yollanmaq istəyirəm. Çünki orada texnologiya xeyli inkişaf edib və biz Bolqarıstan çox geridə qalırıq. Buna görə də futbolun son tendensiyaları ilə tanış olacam".

Qeyd edək ki, 51 yaşlı mütəxəssis 2018-ci ilin martından Qazaxıstan millisini çalışdırırdı. O,  "Levski”, "Liteks”, "Anartosis”, "Botev", "Astana" klublarda da işləyib/Qol.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA