"Qarın çıxarmamaq üçün oynayıram" - Adrian Pit

img

18-01-2019 [16:47]


"Son illər Azərbaycan futbolunda bir çox planda irəliləyiş var. Orada tək futbola deyil, bütün idmana böyük sərmayə qoyulur”.

Bu sözləri "Xəzər Lənkəran"ın sabiq futbolçusu Adrian Pit deyib.

Rumıniyalı yarımmüdafiəçi ölkəsinin mətbuatına müsahibəsində Azərbaycandakı karyerasından da danışıb: "Son 7 ildə 7 stadion tikiblər. "Formula-1" üzrə Qran Piri Bakıda keçirilir. Azərbaycan inkişaf edən ölkədir, yaxşı pulları var. Təsadüfi deyil ki, onların klubları Avropa Liqası və Çempionlar Liqasının qruplarına yüksəlirlər. Məsələn, "Qarabağ" ötən mövsüm ÇL-də mənim sabiq klubum "Roma"ya qarşı oynadı. Onlar 10 ildir ki, Qurban Qurbanovun rəhbərliyi altında uğurlar qazanırlar. Azərbaycan reallıqlarından təsriləndim”.

Hazırda  doğulduğu Arad şəhərinin komandasında çıxış edən 36 yaşlı futbolçu formada qalmaq üçün 3-cü liqa klubunda oynadığını bildirib: "Bu gün 3-cü liqada sadəcə, qarın çıxarmamaq üçün oynayıram (gülür). Çünki artıq ailəmin yanındayam. Macarıstanla sərhəddəki doğma şəhərim Aradda yaşayıram. Komandanın bir hissəsi sayılıram".

Qeyd edək ki, Adrian Pit 2011-2014-cü illərdə "Xəzər Lənkəran"da çıxış edib/Qol.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA