"Arsenal" Məsud Özili "Yuventus" və "İnter"ə təklif edib, ancaq...

img

15-01-2019 [22:37]


Londonun "Arsenal" klubu "qış transfer pəncərəsi" dövründə türk əsilli yarımmüdafiəçi Məsud Özildən yaxa qurtarmağa çalışır.

"Tuttomercatoweb" nəşrinin məlumatına görə, bu səbəbdən 30 yaşlı futbolçu karyerasını İtaliyada davam etdirə bilər.

"Topçular"ın rəhbərliyi A Seriyasının dərhal iki klubu ilə – Turin "Yuventus"u və Milan "İnter"i ilə əlaqə saxlayıb və onlara xavbeki almağı təklif edib.

Lakin sövdələşməni reallaşdırmaq elə də asan olmayacaq, çünki nə byankonyerilər, nə də neradzurri Özilə "Arsenal"da aldığı qədər əmək haqqı verməyə hazır deyillər. Hazırkı müqaviləyə görə, futbolçunun həftəlik məvacibi 391 min avrodur/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA