Ağasəlim Mircavadov: "Millimiz üçün 4-5 məşqçi ilə danışmışıq"

img

04-01-2019 [15:45]


AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Qol.az saytının suallarını cavablandırıb. 

71 yaşlı mütəxəsis Məşqçilər Komitəsinin son iclasında müzakirə olunan məsələlərdən danışıb:

- Ötən ayın 29-u görüşdük. Söhbətlərimiz oldu. Yenə görüşəcəyik, onda biləcəyik nə var, nə yox.

- Görüşdə nələr müzakirə olundu? Əsas milli ilə bağlı söhbətiniz oldu?

- Yox, əsas milli ilə bağlı müzakirə aparmadıq. Ancaq aşağı yaş qrupları ilə bağlı danışıqlar oldu.

- 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə serbiyalı mütəxəssis Milan Obradoviçin gələcəyi deyilir.

- Bilmirəm, ya sabah, ya da növbəti gündə məsələ həll olunacaq, onda dəqiq bilinəcək. Biz indi mütəxəsislərə baxırıq, maraqlanırıq. Dəqiq qərar tezliklə veriləcək.

- Hazırda namizədlər arasında elə biri varmı ki, digərlərindən bir addım öndə olsun?

- Biz 4-5 mütəxəsislə danışmışıq. Hətta yerli çalışdırıcılarla da danışıq aparmışıq. Biz öz fikrimizi bildirmişik. Sonda hansı qərarın veriləcəyini deyə bilmərəm.

- U-21 millimizi yerli, yoxsa əcnəbi mütəxəssisin çalışdırmasını istərdiniz?

- Mən 1993-cü ildən yeri məşqçilərin tərəfdarı olmuşam. Sizə bir sualım var, siz çempionatdan razısınız?

- Xeyr.

- Niyə?

- Çünki rəqabət yoxdur.

- Mən sizə sual verdim, siz də cavab verdiniz. Vəssalam. Biz 4-5 əcnəbi, yerli məşqçilərlə danışmışıq. Yaxın günlərdə qərar veriləcək.

- Belə çıxır ki, gələn həftənin əvvəli açıqlanacaq?

- Qarşıdakı 1-2 gündə də ola bilər. Gələn həftə də açıqlanması mümkündür.

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA