Türk menecer Afrika komandasının 22 futbolçusunu satmaq üçün Antalyaya gətirib - Azərbaycan klublarına təklif

img

27-12-2018 [16:24]


Türkiyəli menecer Mehmet Ali Gürboğa Qananın "Sondisko” klubunun 22 futbolçusunu satmaq üçün Türkiyənin Antalya bölgəsinə gətirib.

"Report” "İhlas” agentliyinə istinadən xəbər verir ki, 19 – 24 yaşlı oyunçular qış transfer dönəmində Türkiyə təmsilçiləri ilə yanaşı, təlim-məşq toplanışı üçün Antalyaya səfər edəcək xarici klublara təklif olunacaqlar. Üç ay öncə Aralıq dənizi sahillərinə gələn afrikalı futbolçular həftədə 3 dəfə məşq etməkdən başqa, formalarını qorumaq üçün yoxlama matçlarında qüvvələrini sınayırlar.

Gürboğanın sözlərinə görə, Antalyanı bir çıxış qapısı kimi görən qanalıların məqsədi özlərinə sərfəli klub tapmaqdır: "Onlar Rusiya, Qazaxıstan, Azərbaycan, Almaniya, Belçika, Fransa kimi ölkələrin fərqli komandalarına getməyə çalışacaqlar. İstedadlı və ucuz olan bu futbolçular klublara qazanc gətirə bilərlər. İstənilən klubun nümayəndəsi onların məşqini izləyə və ya yoxlama görüşündə sınaya bilər”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında çıxış edən 8 komandanın hamısı yanvarda Antalyada təlim-məşq toplanışında olacaq. Ümumilikdə, dünyanın müxtəlif yerlərindən 1500-ə yaxın komandanın hazırlıq keçmək üçün bu bölgəyə gələcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA