AFFA bu klub və futbolçuları cəzalandırdı - Qərar

img

25-12-2018 [14:13]


AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda baş verənlərlə bağlı qərarlarını açıqlayıb. 

Mia.az AFFA-ya istinadən xəbər verir ki, "Sumqayıt"ın 4 futbolçusu "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları matçda sarı vərəqə aldıqları üçün klub 800 manat məbləğində cərimə olunub. Oyunun 85-ci dəqiqəsində "gənclik şəhəri" təmsilçisinin oyunçusu Arif Daşdəmirov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Kluba isə 200 manat cərimə tətbiq olunub. 

"Sabah"ın 4 oyunçusu evdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları matçda sarı vərəqə alıb və klub 800 manat ödəməli olacaq. Komandanın futbolçusu Erik Ramos sözügedən matçda ikinci sarı vərəqə alaraq meydandan qovulduğu üçün 1 oyunluq cəza alıb, kluba isə 200 manat cərimə kəsilib. 

"Qarabağ"ın 6 oyunçusu "Keşlə" ilə 1:1 heç-heçə etdikləri matçda sarı vərəqə aldıqları üçün kluba 800 manat cərimə tətbiq olunub. 89-cu dəqiqədə Ağdam təmsilçisinin müdafiəçisi Yakub Jezniçak ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub isə buna görə 200 manat ödəyəcək. 

Qarşılaşma başa çatandan sonra "Qarabağ"ın azarkeşləri pirotexniki vasitələrdən istifadə edib. Klub buna görə də 800 manat ödəməli olacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA