UEFA "Qəbələ" İdman Klubuna pul köçürdü - 25 min avro

img

21-12-2018 [16:13]


UEFA "Qəbələ" İdman Klubuna 25 min avro ayırıb.

Mia.az AFFA-ya  istinadən xəbər verir ki, bu vəsait klubun müvafiq yaş qrupundan ibarət komandasının 2018/2019 mövsümündə UEFA Gənclər Liqasının II mərhələsində iştirakına görə səyahət xərci üçün nəzərdə tutulub.

Ayrılmış məbləğ AFFA-nın vasitəçiliyi ilə "Qəbələ”nin hesabına köçürülüb.

Qeyd edək ki, "Qəbələ” UEFA Gənclər Liqasının I mərhələsində Moldova "Şerif"ini iki oyunun nəticəsində üstələyib - 1:1, 3:1. "Qırmızı-qaralar” II raundda Almaniya "Herta”sına evdə 1:3, səfərdə isə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA