Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yüksələn bütün komandalar bəlli olub - TƏQVİM

img

06-12-2018 [19:11]


Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsi başa çatıb.

Mia.az "Report"a istinadən xəbər verir ki, axırıncı matçda ölkə kubokunun son qalibi "Keşlə" I Divizion klubu "Şüvəlan"la üz-üzə gəlib.

 Görüş Premyer Liqa təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda bu nəticədən sonra 1/4 finala yüksəlib. 

Qeyd edək ki, 1/8 finalın ilk oyunlarında "Sabah” "Ağsu”ya (3:0), "Səbail” "Kəpəz”ə (4:0), "Sumqayıt” isə "Qaradağ Lökbatan”a (4:0) qalib gəlib.

Beləliklə, 1/4 final mərhələsində aşağıdakı qarşılaşmalar baş tutacaq:

15-19 dekabr

"Neftçi” – "Sumqayıt”

"Zirə” – "Səbail”

16-20 dekabr

"Qəbələ” – "Sabah”

"Qarabağ” – "Keşlə”

Azərbaycan Kuboku 1/8 final

6 dekabr

13:30. "Ağsu” – "Sabah” - 0:3

Qollar: Bəxtiyar Soltanov, 6. Vitali Kvaşuk, 26. Emil Qasımov, 75

Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Müslüm Əliyev, İnqilab Məmmədov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Sabir Mütəllimov

Ağsu şəhər stadionu

13:30. "Kəpəz” – "Səbail” - 0:4

Qollar: Tome Kitanovski, 11. Aqşin Qurbanlı, 41. Orxan Qurbanlı, 62. Ağabala Ramazanov, 77

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elxan Əsgərzadə, Rəşad Əhmədov

Hakim-inspektor: Azad Mütəllimov

AFFA nümayəndəsi: Ələddin Ələkbərov

Gəncə şəhər stadionu

13:30. "Qaradağ Lökbatan” – "Sumqayıt” - 0:4

Qollar: Nicat Qurbanov, 14. Süleyman Əhmədov, 29. Ülvi İsgəndərov, 69. 86

Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Pərvin Talıbov, Vüqar Həsənli

Hakim-inspektor: Ramiz Əsədov

AFFA nümayəndəsi: İlham Əliyev

Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

17:00. "Şüvəlan” – "Keşlə” - 0:3 

Qollar: Əzəmət Ələkbərli, 47. Vaqif Cavadov, 50. Andre Klennon, 85 

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Nicat İsmayıllı

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Mahal Məmmədov

"AZAL Arena”

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA