Çempionlar Liqasında oyunun yeri dəyişdirilib - Ukraynadakı hərbi vəziyyətlə bağlı

img

04-12-2018 [20:51]


Ukraynanın "Şaxtyor" və Fransanın "Lion" komandaları arasındakı Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçının məkanı dəyişdirilib. 

"Report" UEFA-nın saytına istinadən xəbər verir ki, əvvəlcədən Xarkovda keçirilməsi nəzərdə tutulan qarşılaşma Ukraynanın paytaxtı Kiyevdəki "Olimpiyski" stadionunda təşkil olunacaq.

Səbəb kimi ölkənin bəzi regionlarında tətbiq edilən hərbi vəziyyət göstərilib.

Qeyd edək ki, "Lion" bu qarşılaşmanın yerinin dəyişdirilməsi ilə bağlı UEFA-ya müraciət etmişdi. Qurum daha öncə eyni səbəbdən "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərinin - Ukrayna "Vorskla"sı və İngiltərə Arsenal"ının matçını Poltavadan Kiyevə dəyişib. "Şaxtyor” Donetski təmsil etsə də, hərbi vəziyyətlə əlaqədar ev oyunlarını Xarkovda "Metallist” stadionunda keçirir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA