"Qalatasaray" Moskvada uduzdu, mərhələ şansını itirdi - Çempionlar Liqası

img

29-11-2018 [09:34]


"Qalatasaray"  UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunda Moskvanın "Lokomotiv" klubu ilə qarşılaşmadan məğlub ayrılıb.

Mia.az bildirir ki,  Moskvanın "RJD Arena" stadionunda baş tutan qarşılaşmada hesab ilk hissənin 43-cü dəqiqəsində açılıb.

"Dəmiryolçu"ların yarımmüdafiəçisi Qjeqoj Krıxovyak topu qapıdan keçirib. İkinci hissənin əvvəllərində Vladislav İqnatyev hesabı 2:0-a çatdırıb.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb. 

Beləliklə, İstanbul klubu pley-offa yüksəlmək şansını itirib. "Lokomotiv" isə 3 xal qazanaraq qrupda 4-cü yeri tutub. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA