Natiq Abbasov vəzifəsindən istefa verdi: "Vitse-prezident postu boşdur"

img

28-11-2018 [11:48]


İş adamı Elçin Zeynalovun rəhbəri olduğu Azərbaycan Milli Avarçəkmə Federasiyasının vitse-prezidenti Natiq Abbasov tutduğu vəzifədən istefa verib.

Mia.az xəbər verir ki, bu barədə Unikal.org-a N.Abbasov özü məlumat verib.

"Artıq bu məsələləri texniki direktor Leyla Əliyeva icra edir. Hazırda federasiyanın vitse-prezident postu boşdur. Əvvəldən də olduğu kimi "Kür” Olimpiya Tədris İdman Mərkəzinin direktoru vəzifəsini icra edirəm. Sadəcə olaraq orada başqa işlər tapşırılmışdı, çatdıra bilmədiyim üçün istefa verməli oldum. Bu məsələləri də Leyla xanım öz üzərinə götürdü. Bundan əlavə idmançılarımız da çox azalıb, əvvəlki kimi deyil”, - o bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA