Premyer Liqa: "Qəbələ" "Sabah"ı məğlub edib

img

04-11-2018 [19:17]


Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir görüşü keçirilib.

İkinci oyun gününün ilk matçında "Qəbələ" və "Sabah" komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 5-ci dəqiqədə Ceyms Adeniyi açıb. Bundan 10 dəqiqə sonra isə Stiven Monroz "Qəbələ"nin ikinci qolunu vurub. "Sabah" təsəlli qoluna 52-ci dəqiqədə imza atıb. Bəxtiyar Soltanov fərqi azaltsa da, komandasının bundan artığına gücü çatmayıb.

Bu qələbə sayəsində xallarını 12-yə çatdıran "Qəbələ" 5-ci pilləyə yüksəlib. "Sabah" isə 16 xalla 4-cü pillədə qalıb.

Qeyd edək ki, turun ilk oyun günündə "Neftçi" səfərdə "Keşlə"ni 1:0, "Qarabağ" evdə "Sumqayıt"ı 2:0 hesabı ilə yenib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA