Futbol üzrə dünya çempionu həbs olunub

img

31-10-2018 [20:22]


İtaliya milli komandasının sabiq futbolçusu Vinçentso Yakvinta həbs olunub. 

"Report" ANSA agentliyinə istinadən xəbər verir ki, o, qanunsuz odlu silah saxladığı üçün məhkum edilib. Sabiq hücumçu 6 il müddətinə azadlıqdan məhrum oluna bilərdi. 

Çünki Yakvinta mafiya ilə əlaqədə də şübhəli bilinirdi. Lakin sonradan ona qarşı olan ittihamlar aradan qaldırılıb. Yakvintanın atası isə cinayətkar dəstə ilə əlaqələrə görə 19 il müddətinə həbs edilib. 

Qeyd edək ki, Vinçentso Yakvinta 2006-cı ildə İtaliya yığması ilə dünya çempionu olub. O, 2012-ci ildə karyerasını başa vurub. 38 yaşlı sabiq forvard karyerası ərzində İtaliyanın "Yuventus" və "Udineze" klublarında çıxış edib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA