FHN əməkdaşı Avropa çempionatında gümüş medal qazandı - Avropa çempionatı

img

30-10-2018 [16:57]


Rumıniyanın paytaxtı Buxarest şəhərində 25-27 oktyabr 2018-ci il tarixlərində Kempo-karate döyüş növü üzrə Avropa çempionatı keçirilib.

Nazirlikdən verilən məlumata görə, həmin çempionatda Azərbaycanı təmsil edən FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rüstəm Müslümov 81 kq çəki dərəcəsində Avropa çempionatının gümüş medalını qazanıb.

Qeyd edək ki, Rüstəm Müslümov iki dəfə dünya mükafatçısıdır, eyni zamanda 20-21 oktyabr 2018-ci il tarixində keçirilmiş Avrasiya Çempionatında 1-ci yeri tutub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA