Prezident Kokunu oyun gedə-gedə qovdu - Təfərrüat

img

29-10-2018 [11:41]


Dünən evində "Ankaragücü"nə 3-1 uduzan "Fənərbaxça"nın baş məşqçisi Fillip Koku vəzifəsindən qovulub.

Mia.az Türkiyə mətbuatına istinadən bildirir ki, qərar elə oyun davam edən zaman alınıb.

Belə ki, klubun prezidenti və rəhbərliyi qonaqların 3-cü qolundan sonra oyun bitmədən təcili toplanıb və baş məşqçi ilə yola davam edilməsinin daha böyük problemlərə yol açacağına qərar veriblər. Oyun bitdikdən dərhal sonra qərar Kokuya  bildirilib.

Qeyd edək ki, Koku ilə "Fənərbaxça" super liqada 10 rəsmi oyundan cəmi 9 xal toplayaraq 15-ci sıradadır. Bu, klub tarixinin ən pis göstəricisidir.

Məlumata görə, Kokunun belə qovulmasına görə klub ona 2 milyon avro ödəyəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA