"El Klassiko"da dünya derbisi: "Barselona" "Real"ı darmadağın etdi

img

28-10-2018 [22:03]


Bu gün "El Klassiko"da dünyanı hakim kəsildiyi İspaniya derbisi baş tutub.

Mia.az bildirir ki, "Barselona" evində "Real Madrid"i qəbul edib.

Oyuna üstün başlayan "Barselona"dan qolları Luis Suares (30-cu dəqiqə - penalti, 75 və 83-cü dəqiqələr), Filippe Koutinyo (11-ci dəqiqə) və Arturo Vidal (87-ci dəqiqə) vurublar. "Real Madrid"in yeganə qolunu oyunun 50-ci dəqiqədə Marselo vurub.

Oyun 5-1 hesabı ilə kataloniyalıların xeyirinə başa çatıb.

Xatırladaq ki, bu qələbədən sonra xalını 21-ə çatdıran "Barselona" turnir cədvəlində birinci yerdə qərarlaşıb, "Real Madrid" isə 14 xalla doqquzuncu pillədədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA