UEFA Avropa Liqası: “Qarabağ” “Vorskla”ya uduzdu, "Arsenal" isə səfərdə uddu

img

25-10-2018 [22:48]


UEFA Avropa Liqasının III turu çərçivəsində "Qarabağ” Ukraynanın "Vorskla” komandası ilə meydana çıxıb.

Miaa.z bildirir ki, ilk hissədə üstün oynayan komandamızın hücumları fayda verməyib və birinci hissədə qol səsi çıxmayıb.

İkinci hissədə isə qonaqlar qola imza atıb. Belə ki, 48-ci dəqiqədə Kulaç hesabı açıb - 0:1.

Oyun bu hesabla başa çatıb.

Qrupdakı digər oyunda "Arsenal" "Sportinq"i səfərdə məğlub edib - 0:1

Qeyd edək ki, bu oyundan sonra qrupda "Arsenal" 9 xal lider, "Sportinq" 6 xalla ikinci, "Vorskla" 3 xalla 3-cü pillədə qərarlaşıb. "Qarabağ" isə xalsızdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA