"Müdafiədə diqqətli olmalı, eyni zamanda hücuma da çıxmağı bacarmalıyıq" - Qurban Qurbanov

img

24-10-2018 [14:30]


 "Vacib oyuna çıxacağımızı hamımız bilirik. Hər iki komandanın xalı yoxdur. Bu görüş haqqında çox da danışmağa ehtiyac yoxdur. Komandanı hazırlamışıq. Sabah hamımız üçün maraqlı matç olacağını düşünürəm". 

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Ukrayna təmsilçisi "Vorskla" ilə oyundan əvvəl deyib.

46 yaşlı mütəxəssis Bakı Olimpiya Kompleksində təşkil onunan mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.

- Texniki məğlubiyyətdən sonra psixoloji durum necədir?

- Hər şey qaydasındadır. Fərqli turnirlərdir. Səhvlər olur. Onu aradan qaldırma üçün nə lazımdırsa edirik.

- Donald Gerryenin hazırkı durumu necədir?

- Durumu tam yaxşı olmasa da, onun sabahkı matçda oynamaq ehtimalı var.

- Hannes Halldorsson heyətdə görə biləcəyik?

- Buna sabah qərar verəcəyik.

- "Qarabağ" "Vorsla"nı qapısına qol vurmağın yolunu tapıbmı?

- Hələ oynamamışıq. Problem təkcə hücumla bağlı deyil. Qələbə qazanmaq üçün qol vurmaq lazımdır. Bunun üçün çalışacağıq.

- Rəqib Avropa Liqasının qrupunda keçiridiyi hər iki oyunda qol vurub...

- "Vorskla" qol vurmağı bacaran komandadır. Müdafiədə diqqətli olmalı, eyni zamanda hücuma da çıxmağı bacarmalıyıq. Bunların üzərində işləmişik.

- Bilet satışı elə də yaxşı deyil. Bu, sizi narahat edir?

- Azarkeşlər hər zaman bizimlə olub. Onların yenə də öz yerlərini alacaqlarına inanıram. 

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA