Azərbaycan U21-lərdən ibarət milli komandası Norveçlə sülh bağladı - Avropa çempionatı

img

16-10-2018 [23:50]


21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə qrup mərhələsində son oyununu Norveç yığmasına qarşı keçirib. 

Drammen şəhərindəki "Maryenlist" stadionunda təşkil olunmuş qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Bolqarıstanlı referi Volen Çinkov 9-cu dəqiqədə meydan sahiblərinin qapısına penalti təyin edib. Fəhmin Muradbəyli bu şansdan yararlanmağı bacarıb. Lakin qələbə hesabını qorumaq mümkün olmayıb. 76-cı dəqiqədə Leo Ostiqard bərabərlik qolunu vurub.

Beləliklə, Rəşad Sadıqovun baş məşqçi olduğu yığma qrupu 10 oyundan 3 xalla sonuncu pillədə başa vurub. Xallarını 15-ə çatdıran Norveç isə qrupu ikinci yerdə tamamlayıb və "play-off"a vəsiqə şanslarını qoruyub.

Qrupun digər oyunlarında İsrail Kosovoya 3:0, Almaniya İrlandiyaya 2:0 hesabı ilə qalib gəlib.

Ötən ay Bakıda keçirilmiş görüşdə Azərbaycan Norveçə uduzmuşdu - 1:3.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA