Hakimi vuran məşqçi, komanda yoldşaını söyən futbolçu... - AFFA cəza verdi

img

16-10-2018 [13:20]


 AFFA İntizam Komitəsi bu gün iclas keçirib.

Mia.az AFFA-ya istinadən bildirir ki, iclasda bir neçə məsələyə baxılıb.

Belə ki, U-13 Liqasında Sumqayıt "UGİM 1”i ilə oyun başa çatandan sonra "Laçın” (Pirəküşkül) komandasının məşqçisi Məhəbbət Rəhimov aqressiv davranışlara yol verərək, hakimə fiziki təsir göstərib. Nəticədə o, 12 ay müddətinə yarışlardan kənarlaşdırılıb. 

Bundan başqa "Uğur" (Ucar) komandasının futbolçusu Musa Hacızadə "Sabirabad"la matçda öz komanda yoldaşını təhqir edib. Nəticədə meydandan kənarlaşdırılmış oyunçuya 2 matçlıq cəza tətbiq olunub. 

Futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasında keçirilmiş "Avanqart” – "Star Karqo” matçında da oxşar hal yaşanıb. Həmin qarşılaşmada isə "Star Karqo”nun futzalçısı Anar Məmmədov hakimi təhqir etdiyi üçün meydandan qovulub. Məmmədov bu hərəkətinə görə 4 oyunluq cəzalandırılıb. 

İkinci Liqanın "Bibi-Heybət” – "Baku Fire-2” görüşünün hakimi də təhqirlə üzləşib. Federasiya "Baku Fire-2”nin oyunçusu Fikrət Zeynallıya 4 oyunluq cəza kəsib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA