"Qalatasaray" UEFA-nın "radar"ında - Təftiş olacaq

img

06-10-2018 [16:33]


Türkiyənin "Qalatasaray" klubu yenidən UEFA-nın nəzarəti altına düşüb.

"Report”un məlumatına görə, bu, klub tərəfindən maliyyə "fair-pley"i qaydalarının pozulma ehtimalları ilə bağlıdır. Avropa futbol qurumunun "sarı-qırmızılar"ı yenidən hərətərəfli təftiş edəcəyi bildirilir. Çempionlar Liqası və Avropa Liqası iştirakçılarının futbolla bağlı itkisiz biznesə can atmalarının vacibliyi vurğulanır.

"Qalatasaray" hələ iyunda "fair-pley" qaydasını pozduğu üçün sanksiyaya məruz qalıb. Türkiyə təmsilçisinin qarşısına 2021-2022 mövsümünədək monitorinq dövründə tam itkisiz vəziyyətə çatması tələbi qoyulub. İstanbul komandasının bu dövrdə avrokuboklar üçün iştirak ərizəsi məhdudlaşdırılıb. Bundan başqa klub, 15 milyon avro cərimə ödəməlidir ki, bunun 9 milyon avrosu şərtidir.

Qeyd edək ki, "Qalatasaray" Çempionlar Liqasında Portuqaliyanın "Portu", Rusiyanın "Lokomotiv" və Almaniyanın "Şalke" klubları ilə eyni qrupda yer alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA