Rövnəq Abdullayev FIFA-nın prezidenti ilə görüşdü - İsveçrədə + FOTO

img

03-10-2018 [17:36]


Bu gün İsveçrənin Sürix şəhərində FIFA və AFFA rəhbərliyi arasında görüş keçirilib.

Mia.az AFFA-ya istinadən xəbər verir ki, FIFA-nın prezidenti Canni İnfantino ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında baş tutan görüşdə Azərbaycan futbolu ilə bağlı məsələlər ətraflı müzakirə olunub. Rövnəq Abdullayev bu il Rusiyada keçirilmiş dünya çempionatının yüksək səviyyədə təşkil olunması ilə bağlı Canni İnfantinonu təbrik edib. 

FIFA və AFFA arasında mövcud olan yüksək səviyyəli əməkdaşlığın bundan sonra da davam etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA