“Qarabağ” “Zirə”ni məğlub etdi - Ağdam klubu zirbəyə yüksəldi

img

26-09-2018 [22:12]


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında I turun təxirə salınmış "Qarabağ” – "Zirə” oyunu keçirilib.

"Report” xəbər verir ki, Ağdam təmsilçisi "Azərsun Arena”da baş tutan görüşdə qələbə qazanıb - 3:2.

Meydan sahiblərinin qollarına 28-ci dəqiqədə penaltidən Filip Ozobiç, 48 və 85-ci dəqiqələrdə İnnosent Emeqara imza atıb. Qonaqların heyətində isə 56 və 85-ci dəqiqələrdə Mirsahib Abbasov fərqlənib.

Bu qələbə sayəsində xalını 13-ə çatdıran "Qarabağ” 1-ci pilləyə yüksəlib. Qurban Qurbanov rəhbərlik etdiyi kollektiv "Neftçi" ilə eyni xala malik olsa da, top fərqində üstün olduğu üçün liderə çevrilib.

"Zirə” isə 1 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA