“Qarabağ” “Qəbələ”ni darmadağın etdi

img

23-09-2018 [22:54]


Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vurulub.

Turun son matçında "Qarabağ” "Qəbələ”ni qəbul edib.

Ağdam təmsilçisi başdan sona qədər üstün oynadığı matçda rəqibini 4:1 hesabı ilə darmadağın edib.

Bununla da xalını 10-a yüksəldən və bir oyunu ehtiyatda olan "Qarabağ” ikinci pillədədir. "Qəbələ” isə 4 xalla 6-cı yerdə qərarlaşıb.

"Qarabağ” - "Qəbələ” - 4:1

Qollar: Abdullah Zubir, 30 (1:0), Araz Abdullayev, 45+1 (2:0), Con Delarj, 61 (3:0), Abdullah Zubir, 72 (4:0), Rasim Ramaldanov, 90 (4:1)

Qırmızı vərəqə: Təmkin Xəlilzadə, 90+2 ("Qəbələ”)



Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA