"Qarabağ" nə vaxt meydana çıxacaq? - Avropa Liqası

img

01-09-2018 [10:23]


"Qarabağ" klubunun Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının stadionları və başlama saatları açıqlanıb.

"Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, E qrupunda yer alan Azərbaycan çempionu bütün rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.

Bu arenada "Qarabağ" oktyabrın 4-də İngiltərənin "Arsenal", oktyabrın 25-də Ukraynanın "Vorskla" komandası ilə qarşılaşacaq. Hər iki görüş saat 20:55-də başlanacaq. 

Noyabrın 29-da isə Ağdam klubu Portuqaliya "Sportinq"ini sınağa çəkəcək. Bu oyunun start fiti isə saat 21:55-də çalınacaq.

Səfər oyunlarına gəldikdə, "Qarabağ" sentyabrın 20-də Portuqaliyanın paytaxtı Lissabondakı "Joze Alvalade" stadionunda "Sportinq"in qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. 

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv noyabrın 8-də Ukraynanın Poltava şəhərindəki Aleksey Butkovski adına stadionda "Vorskla", dekabrın 13-də İngiltərənin paytaxtı Londondakı "Emirates" stadionunda "Arsenal" ilə üz-üzə gələcək. Bu oyunlar isə Bakı vaxtı ilə saat 24:00-da start götürəcək.

Qeyd edək ki, Avropa Liqasının finalı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq. Bununla əlaqədar "Qarabağ"ın ev oyunları arenasının dəyişdirilərək BOS-a salınacağı istisna deyil. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA