"Neftçi" "Qarabağ"la bərabərə qaldı - Bakı komandası lider kürsüsünü qoruyub

img

26-08-2018 [23:53]


Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

"Report" xəbər verir ki, turun son oyununda "Qarabağ" və "Neftçi" komandaları üz-üzə gəlib.

"Azərsun Arena"da keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İlk qolu 28-ci dəqiqədə qonaq komandadan Kvame Karikari vurub. Meydan sahiblərindən isə 70-ci dəqiqədə İnnosent Emeqara fərqlənib .

 Bununla da xallarını 7-yə çatdıran "Neftçi" liderliyini davam etdirib. Ehtiyatda bir oyunu olan "Qarabağ" isə 4 xalla 4-cü pilləyə qalxıb.

Görüş gərgin idman mübarizəsi şəraitində keçib. Matçı izləyən 3000-dək tamaşaçı sonadək maraqlı qarşılaşmaya şahidlik edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA