Çempionlar Liqasında cavab oyunları başlayır - Bu gündən

img

31-07-2018 [09:27]


Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları start götürəcək.

İlk oyun günündə üç qarşılaşma keçiriləcək. Səfərdə rəqibinə 1:0 hesabı ilə məğlub olan Moldova "Şerif"i evdə Makedoniya "Şkendiya"sını sınağa çəkəcək.

İlk oyunda İsrailin "Hapoel" komandasını 5 cavabsız qolla üstələyən Xorvatiya "Dinamo"su möcüzə baş verməsə, növbəti mərhələyə vəsiqə qazanacaq. Günün son oyununda isə Slovakiya "Spartak"ı ilə Polşanın "Legiya" komandası qarşılaşacaq.

Qeyd edək ki, ilk matçda səfərdə Albaniya "Kukesi"si ilə qolsuz heç-heçə edən "Qarabağ" II təsnifat mərhələsinin cavab oyununa avqustun 1-i çıxacaq. Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA