Azərbaycan futbolunda dəyişiklik - Əvəzetmələrin sayı arta bilər

img

26-07-2018 [16:22]


Futbol üzrə 2018/2019 mövsümündə Azərbaycan Kuboku və I divizion yarışlarında əvəzetmələrin sayı dəyişdirilə bilər.

"Report” xəbər verir ki, hazırda Peşəkar Futbol Liqasında bununla bağlı müzakirələr gedir. Təşkilatçı qurum kubok yarışlarında 2018-ci il dünya çempionatında tətbiq olunan yeniliyə - əlavə vaxtda 4-cü əvəzetməyə icazə verməyi planlaşdırır.

AFFA-nın İcraiyyə Komitəsinin əvəzedicilərin çempionatını I divizona birləşdirəndən sonra burada da dəyişiklik zərurəti yaranıb. Çünki ötən mövsüm əvəzedicilərdə 5, aşağı dəstədə isə 3 əvəzetmə sistemi tətbiq olunub. Növbəti mövsüm üçün isə 4 və ya 5 limitləri gözdən keçirilir.

Qeyd edək ki, iyulun 27-də Azərbaycan Premyer Liqasının 2018/2019 mövsümünün püşkü atılacaq. Çempionatın avqustun 11-də start götürməsi nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA