Çempionlar Liqası: "Qarabağ" Sloveniya komandasını turnirdən uzaqlaşdırdı - Komandamız növbəti mərhələyə çıxdı

img

18-07-2018 [23:18]


Bu gün UEFA Çempionlar Liqasında Sloveniya "Olimpiya"sı ilə I təsnifat mərhələsinin cavab matçına çıxan "Qarabağ" növbəti mərhələyə adlayıb.

Mia.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun bəravər hesabla bitib - 0:0.

Ancaq səfərdə keçirilən oyunda 1:0 hesabı ilə qalib gələn !Qaravağ" bugünkü nəticə ilə  II təsnifat mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, "Qarabağ” növbəti mərhələdə Albaniyanın "Kukesi” komandası ilə qarşılaşacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA