Belçika - İngiltərə qarşılaşması: belçikalılar 2 qol vurdu, bürünc medalı qazandı

img

14-07-2018 [19:51]


Bu gün Rusiyadakı dünya çempionatının bürünc mükafatı uğrunda Belçika və İngiltərə milliləri üz-üzə gəlib.

Mia.az bildirir ki, İranlı hakim  Alireza Faqaninin idarə etdiyi oyun Bakı vaxtı ilə saat 18:00-da "Sankt-Peterburq" stadionunda baş tutub.

Oyuna sürətli başlayan Belçika yığması 4-cü dəqiqədə hesabı açıb. Meunier qolu vurub - 1-0.

69-cu dəqiqədə ingilislər qol fürsətini qaçırıb. Belə ki, belçikalı müdafiəçi topu qapı cizgisindən çıxarıb.

78-ci dəqiqədə Belçika milliləri çox gözəl kombinasiyalarla ingilislərin qapısı önünə çıxaraq gözəl zərbə vurublar. Lakin ingilis qapıçı gözəl reaksiya ilə topun qapıdan keçməsinə imkan verməyib. 

82-ci dəqiqədə isə Edin Hazar ikinci qolu ingilislərin qapısından keçirib - 2-0

Oyun bu hesabla bitib.

Beləliklə, Belçika DÇ-2018-də üçüncü yeri tutaraq, bürünc medalı qazanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA