"Neftçi" komandası qələbə ilə başladı - Avropa Liqası

img

12-07-2018 [22:58]


"Neftçi" klubu Avropa Liqasında mübarizəyə qələbə ilə başlayıb.

"Ağ-qaralar" I təsnifat mərhələsinin evdə keçirdikləri ilk matçında Macarıstan "Uypeşt"ini üstələyiblər.

Oyunda hesabı 8-ci dəqiqədə Daniel Naginin qolu ilə qonaqlar açıb. Ancaq Baqali Dabo 24 və 71-ci dəqiqələrdə fərqlənməklə, "Neftçi"ni önə keçirib.

Emin Mahmudov isə 90+2-ci dəqiqədə son nöqtəni qoyub - 3:1.

Qeyd edək ki, Avropa Liqasının bu gün keçirilən digər matçlarında Azərbaycan təmsilçiləri "Qəbələ" və "Keşlə" uduzub. "Qırmızı-qaralar" öz meydanında Lüksemburq "Proqres"inə yenilib - 0:2. Keşləlilər isə Maltada "Baltsam"a 1:4 hesabı ilə məğlub olub.

I təsnifat mərhələsinin cavab oyunları iyulun 19-da keçiriləcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA