"Qəbələ" və "Keşlə" ilk görüşdə məğlub oldu - Avropa Liqası

img

12-07-2018 [22:15]


Azərbaycanın "Qəbələ" və "Keşlə" klubları Avropa Liqasına məğlubiyyətlə başlayıblar.

Hər iki komanda I təsnifat mərhələsində ilk görüşdəcə uduzaraq, növbəti mərhələ şanslarını çətinləşdirib.

"Qəbələ" öz meydanında Lüksemburq "Proqres"inə yenilib - 0:2.

Hər iki qol fasilədən sonra vurulub. Mayron de Almeyda 51-ci dəqiqədə hesabı açıb. Olivye Till isə bundan 10 dəqiqə sonra penaltini dəqiq yerinə yetirib.

"Keşlə" isə Maltada "Baltsan"la qarşılaşmada darmadağın olub - 1:4.

Hesabı 12-ci dəqiqədə Alfred Effionq açıb. 21-ci dəqiqədə Leklao fərqi artırıb. 29-cu dəqiqədə Sezar Meza Kolli penaltidən fərqi azaltsa da, 34-cü dəqiqədə Boyan Kalyeviç "Baltsan"ın üçüncü qolunu vurub. Oyunda son nöqtəni isə 55-ci dəqiqədə Kadu qoyub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA