"Qalatasaray"ın keçmiş futbolçusu İngiltərədə saxlanıldı - Səbəb

img

09-07-2018 [15:10]


Türkiyənin "Qalatasaray" klubunun sabiq futbolçusu Emmanuel Ebue İngiltərədə saxlanılıb. 

"Report"un "The Mirror"a istinadən verdiyi məlumata görə, kot divuarlı keçmiş müdafiəçi evləri yandırmaqda və hədə-qorxu gəlməkdə ittiham olunur. Onun müxtəlif şəxslərə hədə-qorxu məzmunlu məktublar göndərməkdə əlinin olduğu güman edilir. 

Yaxınları Ebuenin psixi sağlamlığından ehtiyatlanırlar. O, hazırda maddi sıxıntılarla üz-üzədir. 

Qeyd edək ki, Emmanuel Ebue əvvəllər Belçikanın "Beveren", İngiltərənin "Arsenal" və "Sanderlend" klublarında da forma geyinib. O, "Qalatasaray"da 2011 - 2015-ci illərdə çıxış edib. 2017-ci ilin sentyabrında Ebuedən HİV virusu aşkarlanıb.  

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA